5 mart 2016 13:20
Ramiz Çovdarov: Azərbaycan yığması Kolumbiyaya getməlidir
Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Ramiz Çovdarov dünya çempionatına vəsiqə uğrunda Hollandiyaya qarşı keçiriləcək pley-off oyunları öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü desəm, rəqib barədə heç nə bilmirəm. Amma buna baxmayaraq, Hollandiyaya qalib gəlib, dünya çempionatına yollanacağımızı gözləyirəm. İlk dəfə belə bir turnirdə oynayacağam. Pley-off oyunlarını buraxmaq istmirəm. Azərbaycan yığması Kolumbiyaya yollanmalıdır".
