5 mart 2016 13:00
Aleksey Qay: Neftçiyə qalib gəlsək, ikinci pilləyə daha da yaxınlaşacağıq
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu həftə içi biz "Zirə" ilə kubok oyununa da çıxmışıq. Həmin oyunda 2:1 hesabıyla qalib gəlsək də, bu, bizi sakitləşdirməməlidir. Yaxşı matç keçirdik. Artıq çempionat matçına köklənmişik. Bizi "Neftçi" kimi sıradan olmayan bir rəqiblə oyun gözləyir. Hədəfimiz üç xal qazanmaqdır. Turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmaq üçün bizə ancaq qələbə lazımdır. Bu, bizi ikinci pilləyə daha da yaxınlaşdıracaq. Amma diqqətli oynamalıyıq. Rəqibin heyətində yaxşı futbolçular var".
