5 mart 2016 11:00
Şaxtyor Roman Qriqorçuk ilə danışıq aparır
Ukraynanın "Şaxtyor" (Donetsk) klubu baş məşqçi Mirça Luçeskuya əvəzedici axtarmağa başlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli rumıniyalı mütəxəssis mövsümün sonunda bu klubdan ayrılmağı planlaşdırır.
Bu üzdən də donetsklilər onun yerinə indidən yeni baş məşqçi axtarmağa başayıblar. Bu postu tutmağa əsas namizədlərdən biri isə məhz "Qəbələ"nin ukraynalı çalışdırıcısı Roman Qriqorçukdur. Ukrayna mətbuatının yazdığına görə, hətta "Şaxtyor" rəsmiləri Qriqorçukla danışıq da aparıb.
