5 mart 2016 00:15
Nazarov oynamadı, Karlsrue qalib gəldi
Almaniya ikinci Bundesliqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə Düsseldorf "Fortuna"sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda minimal hesablı qələbəyə sevinib - 1:0. Nazarov bu görüşün iştirak ərizəsində yer alsa da, meydana buraxılmayıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 34 xalla 18 klub arasında 7-ci pillədə qərarlaşıb.
