5 mart 2016 00:05

Topaz Premyer Liqasında 24-cü tur həyəcanı

Bu gün Topaz Premyer Liqasında 24-cü tura start veriləcək. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək turun mərkəzi oyunları liderlər “Qarabağ”la “Zirə”, həmçinin iddialılar - “Neftçi” ilə “Qəbələ” arasında keçiriləcək.

İlk oyun günündə dörd görüş baş tutacaq. Öncə çempionatın autsayderlərindən hesab olunan "Xəzər Lənkəran" doğma meydanda AZAL-la qarşılaşacaq. Bu klubların əvvəlki 30 oyununda daha çox cənub təmsilçisi qələbə qazanıb - 15 dəfə. AZAL cəmi 6 görüşdə 3 xalı bayram etdiyi halda, 9 oyunda heç-heçə  qeydə alınıb. Top fərqi də "ağ-yaşıllar"ın xeyrinədir - 39:24. Son 4 qarşılaşmada meydan sahibi olan komanda qalib gəlir. 9 matçdır qonaq komanda qələbə qazana bilmir. “Xəzər Lənkəran” ardıcıl 11 ev oyununda meydanı qolsuz tərk etməyib. Bu mövsüm baş tutan görüşlərə gəlincə, cənub təmsilçisi ilk dövrədə doğma meydanda 3:1 hesabıyla üstün olmuşdusa, ikinci dövrədə də "təyyarəçilər" minimal hesablı qələbəyə sevinmişdilər. Demək olar ki, hər ikisi oxşar problemlərlə üz-üzə olan komandaların bu dəfəki duelində hansı nəticənin qeydə alınacağı maraqla gözlənilir.

Daha sonra iddiaları ilə nəticələri üst-üstə düşməyən iki komanda - "Neftçi" və "Qəbələ" üz-üzə gələcək. Bakıda keçiriləcək oyun bu komandaların da 31-ci dueli olacaq. Həmin görüşlərdən 14-də "Neftçi”, 9-da “Qəbələ” üstün olub. Daha 7 qarşılaşmada isə qalib müəyyənləşməyib. Top fərqi də bakılıların xeyrinədir - 40:28. Son 8 qarşılaşmada meydan sahibi olan komanda qalib gəlməyib. Ardıcıl 4 görüşdə qonaq komanda 3 xal qazanıb. Bu mövsüm baş tutan görüşlərdə də hər iki komanda rəqibi üzərində 1:0 hesablı qələbəyə sevinib. Bu dəfə tərəflərin meydandan hansı nəticə ilə ayrılacağını proqnozlaşdırmaq isə çətindir.

Qış fasiləsindən sonra uğursuz çıxış edən "Sumqayıt" bu turda "İnter"i qəbul edəcək. Hansı ki, paytaxt təmsilçisinin də bu il uğurlu nəticələri ilə seçildiyini demək olmaz. Bu iki klub 15-ci dəfə qarşılaşacaq. Əvvəlki 14 oyundan 8-də "İnter", 2-də "Sumqayıt" qalib gəlib. 4 oyunda da qalibi müəyyənləşdirmək mümkün olmayıb. Top fərqində də paytaxt klubunun üstünlüyü var - 21:8. Amma “İnter” 5 oyundur bu rəqibinə qalib gələ bilmir. Son 3 oyunda hər iki komanda qol vurub. Bu mövsümün birinci dövrəsində Sumqayıtda baş tutan görüşdə 1:1 hesabı qeydə alınmışdısa, ikinci dövrədə "İnter Arena"dakı qarşılaşma qonaq komandanın 3:2 hesablı sensasion qələbəsi ilə bitmişdi.

İlk oyun gününün son matçında lider "Qarabağ" turun mərkəzi oyunu çərçivəsində əsas izləyicisi "Zirə"ni qəbul edəcək. Komandaların əvvəlki 2 oyununda “Qarabağ” uduzmayıb. Ağdamlılar yeganə ev oyununda böyükhesablı qələbə qazanıb - 4:1. Səfər matçında isə Ağdam klubu qolsuz heç-heçəyə razılaşmışdı. Hazırda bu iki komanda arasında cəmi 4 xal fərq var. Qurban Qurbanovun komandası qələbə qazanmaqla əsas izləyicisindən daha da uzaqlaşmağa çalışacaq. Amma Adil Şükürovun yetirmələri də bu görüşə liderlə aradakı xal fərqini minimuma endirmək gözü ilə baxır. Bu üzdən də prinsipial qarşılaşmanın maraqlı və gərgin idman mübarizəsi şəraitində keçəcəyi dəqiqdir.

Tura bazar günü keçiriləcək “Rəvan” - “Kəpəz” qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki 10 oyunda Gəncə klubu 6, Bakı təmsilçisi 3 qələbə qazanıbsa, 1 görüş də sülhlə bitib. Həmin heç-heçə də bu mövsüm Gəncədə qeydə alınıb - 0:0. İlk dövrədə Bakıda baş tutan ilk oyunda isə "Kəpəz" 2:0 hesabıyla qalib gəlmişdi. Maraqlıdır ki, əvvəlki oyunlarda üstünlük gəncəlilərin tərəfində olsa da, "Rəvan" da top fərqində üstündür - 15:14. Amma paytaxt klubu artıq 3 oyundur bu rəqibinə qalib gəlmir. “Kəpəz” iki matçdır qol buraxmır. Paytaxt təmsilçisinin ev oyunlarında ən azı 2 qol qeydə alınır.

Topaz Premyer Liqası
24-cü tur

5 mart

14:00. “Xəzər Lənkəran” - AZAL
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

15:00. “Neftçi” - “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “Bakcell Arena”.

17:00. “Sumqayıt” - “İnter”
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Sumqayıt. “Kapital Bank Arena”.

18:00. “Qarabağ” - “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Azərsun Arena”.

6 mart

16:00. “Rəvan” - “Kəpəz”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Vüsal Əliyev.
Bakı. “Bayıl Arena”.

1Qarabağ23146336-1548
2Zirə23128327-1544
3Qəbələ23108527-1638
4İnter2398621-1635
5Kəpəz2389625-2033
6Neftçi2387822-2431
7AZAL23851013-2129
8Sumqayıt23410925-3222
9Xəzər Lənkəran23351510-3014
10Rəvan23281314-318

Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 26.01.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib. 

Bombardirlər:
8
- Riçard Almeyda ("Qarabağ"), Nelson Bonilya ("Zirə").
7 - Ruslan Qurbanov ("Neftçi"), Dani Kintana ("Qarabağ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.