5 mart 2016 00:00
Vaquf Güləliyev: Neftçi üzərində qələbə bizi ruhlandırdı
"Xəzər Lənkəran"ın müdafiəçisi Vaquf Güləliyev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" üzərində 3:2 hesablı qələbə qazandıqları oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz matça yaxşı hazırlaşmışdıq. Çətin oyun olacağını da bilirdik. Qələbə qazanmaq bizim üçün çox vacib idi. Çünki 12 oyun idi ki, qol vura bilmirdik. Şadam ki, mən də qolla fərqlənə bildim. Qələbə bizi ruhlandırdı. Amma hələ yarımfinala çıxdığımızı deyə bilmərəm. Qarşıda cavab görüşü var. Ümid edirəm ki, həmin oyunda lazım olan nəticəni təmin edə biləcəyik".
