4 mart 2016 17:40
Neftçi və Qəbələ heç-heçəyə razılaşdı, Qarabağ Zirəyə qalib gəldi
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 24-cü tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.
Qeydə alınan nəticələri təqdim edirik:
Əvəzedicilərin çempionatı
24-cü tur
4 mart
“Neftçi” - “Qəbələ” - 0:0
“Qarabağ” - “Zirə” - 2:0
Qollar: Əlhərbi Əl Jadeyui, 21; 42.
“Xəzər Lənkəran” - AZAL - 0:3
Qollar: İlqar Babayev, 20. İsmayıl İbrahimli, 49. Orxan Ələkbərov, 69.
“Sumqayıt” - “İnter” - 1:2
Qollar: Şahin Əliyev, 58-pen. - İlkin Sadıqov, 29. Vüsal Nağıyev, 65.
