4 mart 2016 18:00
Elbrus Məmmədov: Hədəfimiz AZAL-a da qalib gəlməkdir
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" üzərində qələbədən sonra komandada əhval-ruhiyyə yaxşıdır. Baxmayaraq ki, yorğunluq var. Oyuna qədər bərpa olmağa çalışacağıq. Zaman Mirzəzadənin kiçik zədəsi var. Buna baxmayaraq, qarşıdakı oyunda bir hədəfimiz var - qələbə qazanmaq".
