4 mart 2016 17:20
Kəpəz Rəvanla matç öncəsi kapitansız qaldı
"Kəpəz" Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində qarşılaşacağı "Rəvan"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Gəncə klubunun heyətində bəzi itkilər var.
Belə ki, kapitan Tural Axundov növbəti oyunu sarı vərəqə limitini doldurduğuna görə buraxmalı olacaq. Zədədən əziyyət çəkən Juninyo və Orxan Əliyevin da meydana çıxmaq ehtimalı yüksək qiymətləndirilmir.
Qeyd edək ki, "Rəvan" - "Kəpəz" matçı martın 6-da "Bayıl Arena"da keçiriləcək və saat 16:00-da start götürəcək.
