4 mart 2016 16:40
Samir Abasov: Komanda yorğun olsa da, İnterə qalib gəlmək istəyirik
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"a qarşı keçirdiyimiz son oyun çox ağır oldu. Bundan cəmi iki gün sonra növbəti matça çıxmalıyıq. Komanda yorğundur. Ev oyununda heyətdə bəzi dəyişikliklər edib, meydana optimal heyətlə çıxmağa çalışacağıq. Qələbə qazanmaq istəyirik. İtki yoxdur. Vurğun Hüseynov da sıraya qayıdıb".
