4 mart 2016 16:20
Əmirquliyev Qazaxıstanla oyunu buraxacaq
"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı ilk oyunda aldığı zədə ciddidir. Azerisport.az xəbər verir ki, futbolçu buna görə ən azı ay yarım yaşıl meydanlardan kənarda qalmalı olacaq.
Belə olan halda Rahidin Azərbaycan yığmasının qarşıdakı Antalya toplanışını və Qazaxıstanla yoxlama oyununu da buraxacağı dəqiqdir.
