4 mart 2016 15:40
Elbəy Quliyev: Neftçiyə keçidimin niyə alınmadığını oradakılardan soruşun
Azərbaycanın U-21 yığmasının sabiq hücumçusu Elbəy Quliyev "Neftçi"yə transferinin baş tutmamasından danışıb. Azerisport.az saytına açıqlamasında Rusiyanın "Ural" klubunun forvardı bunları söyləyib:
"Oraya baxışa gələrkən "Neftçi"yə keçməyi çox istəyirdim. Amma alınmadı. Nə etmək olar? Futbolda belə hallar olur. "Neftçi"də məni bəyənmədilər? Şans vermədilər? Bunu oradakılardan soruşmağınız daha yaxşı olar. Fakt odur ki, sadəcə, bu transfer alınmadı".
