4 mart 2016 15:00

Svanadze: İşimdən razı qalmasalar, mövsümün sonunda İnterdən ayrıla bilərəm

"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Öncə "Rəvan"a qarşı keçirdiyiniz son kubok oyunundan danışaq. Niyə "İnter" bu oyunda məğlubiyyətlə üzləşdi?
- Kubok matçına ciddi köklənmişdik. Rəqib bizim qapımıza cəmi üç zərbə endirdi, onlardan da ikisi qolla nəticələndi. Zəif oynadığımızı düşünmürəm. Üstünlüyümüz var idi. Çoxlu qol vəziyyəti yaratdıq. Sadəcə, bəxtimiz gətirmədi.

- Bu məğlubiyyətdən sonra sizin "İnter"in baş məşqçi postundan uzaqlaşdırılacağınıza dair xəbərlər yayılmağa başladı...
- Bu barədə heç nə eşitməmişəm. Mənə heç kim heç nə deməyib. Mövsümün sonunda mənim işimdən razı olmasalar, müqaviləni yeniləməyə bilərlər. Belə xəbərlər indi niyə ortaya atılıb, başa düşə bilmirəm.

- Məşqçini hətta mövsümün qızğın vaxtında da qova bilərlər...
- Onda bütün amilləri, klubun üzvləşdiyi problemləri də nəzərə almaq lazımdır. Komandamıza, heyətimizə baxın. Biz hətta normal əvəzetmə də edə bilmirik. Ehtiyat oyunçular skamyasında bircə gəncimiz var.

- Yəqin ki, bu mənada büdcənin azlığını da qeyd etmək olar...
- Təbii ki. "İnter" hazırda son illərin ən az büdcəsinə malikdir. Heyətdə yer alan 8-9 aparıcı futbolçu komandanı tərk etdi. Əvəzində isə az oyunçu aldıq. Belə komandada çalışmaq asan deyil. Amma biz hər şeyə rəğmən, işimizi davam etdiririk.

- Sizin yerinizə Kamal Quliyevin gətiriləcəyi bildirilir...
- Mən bu barədə heç nə bilmirəm. Klub rəhbərliyi mənə heç nə deməyib.

- "Sumqayıt"la qarşıdakı oyundan nə gözləyirsiniz?
- Çətin oyun olacaq. Hazırlaşırıq. Heyətimizdə itkilər var. Bu baxımdan cari mövsümdə qətiyyən bəxtimiz gətirmir.

- Rəqib komanda da qış fasiləsindən sonra uğursuz çıxış edir...
- "Sumqayıt"ın yaxşı, çalışqan kollektivi var. Sürətli oyunçulara malikdir. Sıradan rəqib deyil. Bu komandaya qalib gəlmək çətin olacaq.

- Yəqin ki, "İnter"in bu oyunda xal itirməsi planlarınıza daxil deyil...
- Əlbəttə, elədir. Hər oyunda xal itirməyi düşünmürük. Qarşıdakı görüş də istisna deyil.

- Komandanızı bu matçın favoriti saymaq olar?
- Favorit olduğumuzu deməzdim. Səfərdə oynayacağıq. Rəqibə hörmət edirik. Amma kimsə bizi favorit sayırsa, bu yaxşıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.