4 mart 2016 13:00
Roman Qriqorçuk: Neftçiyə qalib gələcəyimizə inanıram
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" ilə oyunlarımız həmişə maraqlı və prinsipial alınır. Bu oyun həm bizim, həm də rəqib üçün vacibdir. Rəqib komandada oyun baxımından hansısa böhran olduğuna dair fikirlərlə razı deyiləm. Ümumiyyətlə, "Neftçi"ni müzakirə və tənqid etmək istəmirəm. Mən sadəcə, bu komandada potensial olduğunu, bir neçə sürətli və maraqlı futbolçuya malik olduqlarını görürəm. Onların əvvəlki nəticələri barədə düşünmək istəmirəm. Biz qələbəyə köklənmişik və buna nail olacağımıza inanıram".
