4 mart 2016 12:40
Kamal Quliyev İnterdə Zaur Svanadzeni əvəz etməyə hazırdır
"Neftçala"nın baş məşqçisi Kamal Quliyev "İnter"in sükanı arxasına keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"in mənimlə maraqlandığını mətbuatdan oxumuşam. Amma bu klubdan mənimlə hələ heç kim əlaqə saxlamayıb. İstənilən məşqçiyə belə maraq olsa, xoşuna gələr. Bu komandanın baş məşqçisi Zaur Svanadzeyə hörmətim var, ona uğurlar arzulayıram. Amma bu, futboldur. Məşqçinin çemodanı həmişə yanında olmalıdır. Belə bir təklif olsa, niyə də olmasın? Yaxşı futbolçu karyeram olub. Məşqçi kimi də uğur qazanmaq istəyirəm. Öz gücümə və bacarığıma əminəm".
