4 mart 2016 12:38
Neftçinin sabiq hücümçusu vəfat edib
“Neftçi”-nin sabiq hücümçusu Yiru Kuznetsov vəfat edib.
Azerisport.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ölkə futbol ictimaiyyəti adından veteran futbolçu Yuri Kuznetsovun vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Yuri Konstantinoviç Kuznetsov 1931-cil avqustun 2-də Bakı şəhərində anadan olub. 1952-1955-ci və 1960-1964-ci illər ərzində "Neftçi" komandasının heyətində çıxış edib. SSRi yığmasının heyətində rəsmi oyunlarda 3 qol vurub.
2 dəfə - 1955 və 1959-cu ildə adı SSRİ-nin ən yaxşı 33 futbolçusu siyahısına daxil olunub.
Allah rəhmət eləsin! (AFFA)
