4 mart 2016 12:00

Tural Qürbətov: Neftçini keçəcəyimizə inanırıq, yaxşı mükafat var

"Xəzər Lənkəran"ın hücumçusu Tural Qürbətov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" üzərində qələbə qazandıqları (3:2) ilk oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Komandanızın "Neftçi" üzərində qələbəsini demək olar ki, heç kim gözləmirdi...
- Ola bilər ki, çox adam inanmırdı. Amma komandamız və fanatlarımız qələbəyə inanırdı. Biz bu matça yaxşı köklənmişdik. Buna görə də qalib gəldik.

- Komanda yoldaşlarınız bu oyuna kubokun final maçtına çıxırmış kimi yanaşdıqlarını deyirdilər...
- Biz hamımız kubokun finalında oynamağı çox istəyirik. Bunun üçün sonadək mübarizə aparacağıq.

- Erkən qollarla 2:0 önə keçsəniz də, üstünlüyünüzü qoruya bilmədiniz. Həyəcan var idi, ya təcrübə çatışmadı?
- Oyunda temp çox yüksək idi. Səhvlər buraxdıq və rəqib də bundan yararlanıb, hesaba tarazlıq gətirdi.

- Qollardan birini də siz vurdunuz...
- Şadam ki, belə bir oyunda qol vurdum. Yenə fərqlənə bilərdim. Amma alınmadı.

- Oyundan öncə bu rəqib üzərində qələbə qazanacağınız halda mükafat söz verildiyi söylənilirdi. Aldınız?
- Bəli, bizə qələbə müqabilində mükafat söz verilmişdi. Amma hələ həmin mükafatı almamışıq. Çünki mükafat sadəcə, bir oyun üçün yox, yarımfinala çıxmaq üçün nəzərdə tutulub. Mükafatın məbləğini deyə bilmərəm. Amma çox yaxşı mükafatdır.

- 3:2 hesablı qələbə "Xəzər Lənkəran"ın yarımfinala çıxmasına bəs edəcək?
- Cavab matçı çətin olacaq. Amma biz "Neftçi"ni keçəcəyimizə inanırıq.

- "Xəzər Lənkəran"ın bir müddət öncə uduzduğu "Neftçi"dən qisasını aldığını demək olar?
- Hələ revanşdan danışmaq tezdir. Əksəriyyət bizim haqda mənfi fikirdədir. Amma biz öz oyunumuzla onlara cavab verdik.

- Maraqlıdır, 12 oyundur qol vura bilməyən komanda birdən-birə üç qol vurur...
- Əsas odur ki, ən vacib oyunda fərqləndik. Bundan sonra da qollar vuracağıq.

- Yarımfinalda hansı komanda ilə qarşılaşmaq istəyərdiniz?
- Mənim fikrimcə, "Qəbələ"nin yarımfinala çıxmaq şansı daha böyükdür. Yarımfinala çıxsaq, işimiz daha çətin olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.