4 mart 2016 00:05
Neftçi – Qəbələ oyununun biletləri satışda
Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qəbələ” oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, martın 5-də “Bakcell Arena”da keçiriləcək oyun saat 15:00-da başlanacaq. (klub saytı)
