3 mart 2016 19:30
"Azərbaycana qalib gəlsək də, oyunumuzdan narazı qaldım"
17 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının baş məşqçisi Aleksandr Petrakov bu gün Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyunundan (1:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu qarşılaşmanı belə şərh edib:
“Çox pis oynadıq. Qələbə qazanmağımıza baxmayaraq, oyunumuzdan narazı qaldım. Xüsusilə fiziki cəhətdən hazırlıqsız olduğumuz hiss olunurdu. Düşünürəm ki, istər Azərbaycan yığmasının, istərsə də bizim Avropanın güclü komandaları ilə müqayisədə ciddi çatışmazlığımız qol vəziyyətlərindən yararlana bilməməyimizdir. Bir qol vurmaq üçün ən azı 3-4 epizod yaratmalıyıq. Müasir futbolda bu, böyük çatışmazlıqdır. Ümid edirəm ki, Avropa çempionatına vəsiqə qazanaraq may ayında yenidən Bakıya gələ biləcəyik”.
