Təbriz Həsənov: Kəsərli hücumlar qurmaq üçün sürətimiz çatmırdı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov bu gün Ukraynaya qarşı keçirdikləri yoxlama oyunundan (0:1) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, millimizin məğlubiyyətini belə şərh edib:
"Birinci hissədəki oyunumuz son 4 qarşılaşmada nümayiş etdirdiyimiz ən zəif oyun idi. Fasilədə komanda ilə söhbət etdik və ikinci hissədə nisbətən daha yaxşı oynaya bildik. Bununla belə, hücumda istədyimiz kimi çıxış etmədik. Xüsusilə, kəsərli hücumlar qurmaq üçün sürətimiz çatmırdı. Rusiya və Ukrayna yığmalarını müqayisə etsək, ikincilərin daha güclü olduğunu qeyd edə bilərəm. Keçirdiyimiz 4 oyun çatışmazlıqlarımızın nədən ibarət olduğunu daha qabarıq göstərdi. Problemləri aradan qaldırıb Avropa çempionatında yaxşı çıxış etməyə çalışacağıq”. (AFFA)
