3 mart 2016 16:20
Prosineçki: Azərbaycanın DÇ-yə birbaşa vəsiqə qazanacağına inanmaq çətindir
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsindəki şanslar barədə danışıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bunları söyləyib:
"Proqnoz vermək hələ tezdir. Seçmə mərhələdə San-Marino və Norveçə qarşı keçirəcəyimiz ilk oyunu soruşmağınız daha yaxşı olardı. Çünki qrupda Almaniya, çexiya, Şimali İrlandiya da var. Əlbəttə, Azərbaycan yığmasının dünya çempionatına birbaşa vəsiqə qazanacağını təsəvvür etmək, buna inanmaq çətindir. Hədəfimiz təsnifat mərhələsində özümüzü yaxşı tərəfdən göstərməkdir". (JutarnjiList)
