3 mart 2016 16:00

Mançester Yunayted Futbol Məktəbinə növbəti seçim başladı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Mançester Yunayted Futbol Məktəbi"nin istedadlar qruplarına qəbul prosesinin başlanmasını elan edib. Azerisport.az xəbər verir ki, seçimlər 2005, 2006, 2007-ci il təvəllüdlü uşaqlar arasında 15 mart 2016-cı il tarixində, saat 15:00-da, Bayıl stadionunda keçiriləcək.

Bu seçim prosesi nəticəsində istedadlar qruplarında mövcud olan boş yerlərə uşaqlar cəlb olunacaq.

Seçimlərdə iştirak etmək üçün, http://manutd.az/muss/ keçidindən istifadə edərək qeydiyyatdan keçmək və aşağıda göstərilən sənədlərlə yaş qrupuna uyğun olaraq qeyd olunan tarixdə Bayıl stadionuna gəlmək lazımdır:
- Şəxsiyyəti təsdiq edən sənəd
- Sağlamlıq haqqında arayış
 
Seçim prosesi ilə bağlı suallar üçün üçün əlaqə vasitələri:
+994 55 511 33 03 – Ramin Həsənov
[email protected]
 
Qeyd edək ki, “Mançester Yunayted Futbol Məktəbi”ndə məşqlər İngiltərədən ezam olunan məşqçi Mick Bennet və yerli məşqçi assistentlər - Cahangir Həsənzadə və Samir Ələkbərov tərəfindən keçirilir. Məşqlərdən əvvəl uşaqlara intensiv şəkildə  həftədə  iki dəfə ingilis dili dərsləri keçirilməklə yanaşı, sürət testləri, yoldaşlıq oyunları da təşkil olunur. Eyni zamanda, istedadlar qrupunun üzvləri “Mançester Yunayted” tərəfindən forma və digər idman avadanlıqları ilə təmin olunurlar. Hazırda “Mançester Yunayted Futbol Məktəbi”ndə 3 istedadlar və 2 ilkin hazırlıq qrupu mövcuddur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.