3 mart 2016 14:40
Kəpəz: Futbolçuları bu cür menecerlərə inanmamağa çağırırıq
“Kəpəz” klubu rəsmi saytı vasitəsilə bəyanat yayıb. Azerisport.az sizi həmin bəyanatla tanış edir:
"Son dövrlər bəzi “işbaz” menecerlər tərəfindən “Kəpəz”in adından istifadə etməklə İrandan və bəzi ölkələrdən Azərbaycana futbolçular dəvət olunur. Belə oyunçulara klubun adından yalandan müəyyən vədlər verilir.
Nəzərinizə çatdırırıq ki, “Kəpəz”in belə menecerlərlə heç bir əlaqəsi yoxdur və futbolçuları bu cür insanlara inanmamağa çağırırıq. Əks təqdirdə bütün məsuliyyət onların öz üzərinə düşəcək".
