3 mart 2016 13:20

Böyük oyunun qəhrəmanı Əmirquliyevin rekordunu arxada qoydu

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyununda rəqib qapısına qol vuran İbrahim Qədirzadə “Xəzər Lənkəran”ın tarixinə düşüb. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar”a 3:2 hesablı qələbə qazandıran qola imza atan futbolçu komandasının tarixində buna nail olan ən gənc futbolçu olub.

Belə ki, sayca 41-ci “Böyük oyun”un taleyini həll edən İbrahim 16 yaş 11 ay 12 günlüyündə fərqlənib. Martın 21-də 17 yaşını qeyd edəcək Qədirzadə bununla da “Xəzər Lənkəran”ın 12 illik tarixinin ən gənc qolçusu adını ələ keçirib.
 
Bunadək rekord komandanın sabiq kapitanı Rahid Əmirquliyevə məxsus idi. O, 17 yaş 2 ay 20 günlüyündə “Xəzər Lənkəran”da qol hesabını açmışdı. Bu hadisə də kubokda, 2006-cı il noyabrın 20-də “Bakılı” (4:0) ilə matça təsadüf etmişdi. Bu rekord təxminən 10 il duruş gətirsə də, Qədirzadə bu göstəricini 98 gün üstələyib. Klub tarixinin 3-cü gənc qolçusu isə ötən mövsüm Topaz Premyer Liqasının 8-ci turunun “Bakı” ilə oyununda 17 yaş 6 ay 23 günlüyündə fərqlənən Elnur Cəfərovdur.

Azərbaycan çempionatlarında isə “Xəzər Lənkəran”ın rekordu Rahidə məxsusdur. Premyer Liqadakı ilk topunu 2006-cı il noyabrın 26-da “Şahdağ”la səfər matçında (5:1) vuran yarımmüdafiəçi buna 17 yaş 2 ay 20 günlüyündə nail olub.
 
Ümumilikdə isə İbrahim “Xəzər Lənkəran”da qol vuran 102-ci oyunçudur. “Neftçi” ilə oyunlarda yubiley – 10-cu qələbəsini qazanan “Xəzər Lənkəran”ın heyətində bu matçadək 99 futbolçu qol sevinci yaşamışdı. Oyunda hesabı açan Vaquf Güləliyev klub tarixinə 100-cü qolçu kimi düşübsə, Tural Qürbətov 101-ci olub. Bu matçda debüt edən Bayram Budaqov isə ağ-yaşıl forma geyinən 208-ci oyunçu olub. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.