3 mart 2016 12:00
Emil Balayevsiz Ayntraxt 2-ci Bundesliqaya gedir
Almaniya Bundesliqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi səfərdə "Herta" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:2. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 23 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb və bu gedişlə ikinci Bundesliqaya düşməyə əsas namizədə çevriləcək.
