Millimiz Ukraynaya yenə də məğlub oldu
Bu gün Bakı Olimpya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız saat 16:00-da Ukraynanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.
Əliyar Ağayev, Mübariz Haşımov, Zeynal Zeynalov və Elvin Əsgərovdan ibarət hakimlər briqadası idarə etdiyi oyun millimizin minimal hesablı məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, millimiz bu rəqibinə qarşı keçirdiyi ilk oyunda 0:2 hesabıyla məğlub olmuşdu.
Yoxlama oyunu
3 mart
Azərbaycan - Ukrayna - 0:1 (0:1)
Qol: D.Yanakov, 22 (0:1).
Bakı Olimpiya stadionu.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Hüseyin Seyliqli, 3. Ricat Qarayev, 4. Yusif Həsənov, 5. Elçin Əsədov (k), 6. Ceyhun Muxtarlı, 7. Fərid Nəbiyev, 8. Mətin Gülər, 10. Pilağa Mehdiyev, 11. Anil Jilaz, 21. Omid Dorreh.
Ehtiyat oyunçular: 1. Murad Popov, 9. Cavidan Qasımlı, 13. Aqşin Hüseynov, 14. Bahadur Həziyev, 15. Süleyman Əhmədov, 17. Harun Enes Nural, 18. Taylan Özgün.
Baş məşqçi: Təbriz Həsənov.
Ukrayna: 1. Vladislav Kuçeruk, 2. Valeri Bondar, 3. Aleksandr Avramenko, 4. Denis Popov, 6. Maksim Çex, 7. Andrey Kulakov, 9. Aleksey Xaxlov, 10. Yaroslav Deda, 11. Sergiy Buletsa, 17. Aleksey Siç, 19. Denis Yanakov.
Ehtiyat oyunçular: 12. Andrey Lunin, 5. Vitali Miolenko, 8. Aleksey Kaşşuk, 14. Yuri Kozirenko, 15. Eduard Sarapey, 16. Mikola Musolitin, 18. Timofey Suxar.
Baş məşqçi: Aleksandr Petrakov.
