2 mart 2016 21:15
Samir Abasov: Yarımfinala çıxmaq şansımız qalır
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Qarabağ" istənilən komanda üçün çətin rəqibdir. Əfsuslar olsun ki, 2 top buraxdıq. Azından heç-heçəylə qayıtmaq istəyirdik. 0:2 məğlub olsaq da, yarımfinala çıxmaq şanslarımız qalır".
