2 mart 2016 20:40
Adil Şükürov: Qəbələdən lazım olan nəticə ilə dönməyə çalışacağıq
"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Kubok görüşləri iki oyundan ibarət olur. Bu gün komandamız sonadək mübarizə apardı, "Qəbələ" kimi rəqibə qol vurmaq gücündə olduğunu göstərdi. Amma hələ əsas mübarizə qarşıdadır. Qəbələdə lazım olan nəticəni qazanmağa çalışacağıq. Futbolçularda müəyyən yorğunluq vardı. Buna görə bəzi əvəzetmələrə əl atdıq. Amma bu, özünü doğrultmadı. Bütövlükdə, komandamın çıxışından razı qaldım".
