2 mart 2016 20:20
Roman Qriqorçuk: Qələbədən və komandamdan razı qaldım
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Kubok oyunları həmişə gərginliyi ilə seçilir. Bu görüş də çətin və maraqlı alındı. Qələbədən razıyıq. Bu gün biz rəqibdən xeyli güclü idik. Komandamdan razı qaldım. Amma əsl mübarizə hələ qabaqdadır. Uzun fasilədən sonra meydana dönən Ruslan Abışovla Dodo üçün asandeyildi. Abışov çoxdan oynamadığı üçün matçın sonunda yorulmuşdu. Dodo isə öz səviyyəsini göstərdi. Rəqibin isə öz meydanında məğlub olmamaqla bağlı seriyaya malik olduğundan xəbərsiz idim". (СВС)
