Vəli Qasımov: Azarkeşlərdən bu məğlubiyyətə görə üzr istəyirik
"Neftçi"nin idman direktoru Vəli Qasımov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Komandamız bu oyunda çoxlu qol vəziyyəti yaratdı. Amma onların cəmi ikisindən yararlana bildik. Təəssüf ki, sonda məğlub olduq. Pis oynadığımızı deməzdim. Məğlubiyyətə layiq oyun sərgiləmədik. Nəticə nə bizi, nə də azarkeşlərimizi razı sala bilər. Bu məğlubiyyətə görə də azarkeşlərimizdən üzr istəyirik. Amma bu, həyatın sonu deyil. Qarşıda bizi cavab oyunu gözləyir. Komandamız ilk növbədə psixoloji baxımdan yaxşı günlərini yaşamır. Amma özümüzə gəlib, vəziyyəti, nəticələrimizi yaxşılaşdırmağa çalışmalıyıq".
