2 mart 2016 16:45
Elbrus Məmmədov: Xəzər Lənkəran qələbəyə layiq idi
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 3:2 hesablı qələbəyə sevindiyi görüşdən sonra bunları söyləyib:
"Minimum hədəfimiz qələbə qazanmaq idi. Uşaqlar da bu hədəfin öhdəsindən gəldilər. Artıq əsas hədəfin - yarımfinala çıxmağın öhdəsindən gəlmək lazımdır. İnanıram ki, cavab matçında da ilk görüşdəki keyfiyyətlərimizi nümayiş etdirə biləcəyik. Biz bu gün qələbəyə layiq idik".
