2 mart 2016 16:30
Əsgər Abdullayev: Neftçinin yarımfinala çıxacağına əminəm
"Neftçi"nin baş məşqçsi Əsgər Abdullayev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
"Xəzər Lənkəran" bizə qarşı həmişə yaxşı oynayır. Ciddi qarşıılaşma idi. Bizim bu gün ən azı uduzmamaq üçün yetərincə qol vəziyyətimiz oldu. Amma uduzduq və bu nəticə bizi qane etmir. Buna baxmayaraq, yarımfinala çıxacağımıza əminəm".
