2 mart 2016 15:15

Aslan Kərimov: Kubokun finalında Qarabağla Qəbələ qarşılaşacaq

Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimovun azerisport.az saytına müsahibəsi

- "Neftçi" indiki vəziyyətinə görə "Xəzər Lənkəran" səddinə ilişə bilər?
- Bu mərhələdə kubok görüşləri iki oyundan ibarət olur. Qazonun vəziyəti, Lənkərandakı ajiotaj paytaxt klubunun xeyrinə olmaya bilər. "Neftçi" indi yaxşı vəziyyətdə deyil. Amma nəzərə almaq lazımdır ki, "Xəzər Lənkəran" ondan da pis vəziyyətdədir. Bakılılar ilk oyunda ilişə bilərlər, amma cavab matçında "Neftçi"nin mərhələ adlamaq şansı daha çoxdur.

- "Qarabağ" "Sumqayıt"ı çətinlik çəkmədən keçə biləcək?
- Bu komandalar Premyer Liqada qarşılaşsaydılar, asanlıqla proqnoz vermək olardı. Amma burada variant yoxdur. "Azərsun Arena"da vuracağı qol "Sumqayıt" üçün cavab matçında əla şans yaradacaq. Bu komandada qol vurmağı bacaran futbolçular var. Amma şübhəsiz ki, cütün favoriti "Qarabağ"dır.

- "Rəvan" "İnter"lə oyunda sürprizə imza ata bilər?
- Burada da birmənalı olaraq, "İnter" favoritdir. İki oyunun nəticəsinə görə, böyük ehtimalla məhz bu komanda mərhələ adlayacaq. Bu komandada "Qarabağ"la oyundan sonra əhval-ruhiyyənin daha da yaxşılaşdığı şübhəsizdir. Problemləri də demək olar ki, həll olunub. Bu "İnter" mövsümün əvvəlindəki bədbin komanda deyil.

- "Zirə" - "Qəbələ" cütü ilə bağlı nə deyə bilərsiniz?
- Burada şanslar bərabərdir. Amma müəyyən nüanslar var. "Qəbələ" kubok oyunlarında daha yaxşı təsir bağışlayır. Bunu cari mövsümdə avrokuboklardakı çıxışı ilə də sübut edib. Təcrübə də bu komandanın tərəfindədir. Ona görə debütantın mərhələ keçməməsi mümkündür.

- Sizcə, Gəncədə keçirilməsi planlaşdırılan finalda hansı komandaları görə bilərik?
- Gəncə şəhər stadionunun qısa zamanda qaydaya salınacağını təsəvvür etmək çox çətindir. Finala gəlincə, mən həlledici oyunda "Qarabağ"la "Qəbələ"ni görürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.