2 mart 2016 15:00
Con Terri Azərbaycandakı Çelsi fanatlarına təşəkkür etdi
İngiltərənin "Çelsi" klubunun Azərbaycan rəsmi fan-klubu açılıb. Azerisport.az xəbər verir ki, bununla bağlı fan-kluba hətta İngiltərə nəhənginin prezidenti Bryus Bakın imzası ilə sertifikat da təqdim olunub.
Bu sertifikatla yanaşı, yeni yaranan fan-kluba "Çelsi"nin kapitanı Con Terrinin təşəkkür məktubu da ünvanlanıb. O, Azərbaycandakı bütün "Çelsi" fanatlarına göstərdikləri dəstəyə görə təşəkkür edib.
