2 mart 2016 14:30
Erat dubla imza atdı, Fortuna qələbə qazana bilmədi
Almaniya Qərb Regional Liqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Vattenşayd"la qarşılaşıb. 6 qolun vurulduğu görüş heç-heçə başa çatıb - 3:3. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb və sarı vərəqə ilə cəzalanıb. O, eyni zamanda komandasını məğlub durumdan çıxararaq, bir xal qazanmasına kömək edib. Belə ki, Erat 50-ci dəqiqədə hesabı 2:2 edib. 90+1-ci dəqiqədə isə matçda son nöqtəni qoyub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 36 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.
