2 mart 2016 14:15
Nazarov oynamadı, Karlsrue xal itirdi
Almaniya ikinci Bundesliqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Paderborn"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda qolsuz heç-heçəyə razılaşıb. Nazarov bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 31 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.
