2 mart 2016 13:30

Orxan Sadıqlı: XL Neftçiyə qalib gələcək gücdədir

"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Böyük oyun"a necə hazırlaşmısınız?
- Rəqibdən asılı olmayaraq, biz bütün oyunlara ciddi hazırlaşırıq. "Neftçi" bizim üçün ciddi rəqibdir. Amma bu komandaya  qalib gələcək gücdəyik. Qarşılaşmanın startını gözləyirik. Ümid edirik ki, bu oyunda qalib gələcəyik.

- Son turda "Neftçi" "Zirə"yə böyük hesabla uduzduğu halda, siz səfərdə "Qəbələ"dən xal almısınız...
- Ola bilər ki, bu baxımdan "Neftçi" yaxşı vəziyyətdə deyil. Amma bu komandanın futbolçuları meydanda fərdi baxımdan güclüdürlər. Yaxşı futbolçuları var. Üstəlik, bizim komandalar arasındakı oyunların xüsusiliyini də nəzərə almaq lazımdır. Ona görə də matça çox hazırlaşmışıq.

- Bu oyunda sizi hansı nəticə qane edəcək?
- Evdə oynadığımıza görə qələbə qazanmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Öz meydanımızda əsas məqsəd qol buraxmamaq olacaq. Çünki kubok oyunlarında səfərdə vurulan bir qol ikiyə bərabərdir.

- "Qəbələ" ilə oyuna qayıdaq. Sizə bu görüşdə demək olar ki, şans tanıyan yox idi. Amma siz güclü rəqibdən xal almağı bacardınız...
- Həmin oyuna da ciddi hazırlaşmışdıq. Oyun üçün düzgün taktika seçmişdik. Düzdür, səhvlərimiz oldu. Uduza da bilərdik, uda da. Amma sonda qolsuz heç-heçə qeydə alındı. Belə rəqibdən səfərdə bir xal almaq da yaxşı nəticədir.

- Matçın sonunda qol vurmağa yaxın idiniz...
- Mən hətta həmin epizodda qol vurduğumuzu düşündüm. Amma alınmadı. Bizdə sadəcə, son zərbə alınmır. Bunun üzərində çalışmaq lazımdır.

- Qəbələyə əvvəlki səfərinizdə 0:6 hesabıyla uduzduğunuzu nəzərə alsaq, həyəcan yox idi?
- Uşaqlarla öz aramızda bununla bağlı söhbət aparmışdıq. Həmin oyunda qeydə alınan 0:6 hesablı məğlubiyyət komandalar arasındakı səviyyə fərqinin göstəricisi sayıla bilməzdi. Uşaqlar bu dəfə sonadək vuruşdular. Düzünü deyim ki, matça çox hisrli çıxmışdıq. Qələbə qazansaydıq, daha yaxşı olardı. Amma bir xal da normaldır.

- Klubunuzdakı vəziyyət necədir?
- Vəziyyət normallaşıb. Maliyyə problemindən hamının xəbəri var. Amma zamanla hər şey yaxşı olacaq. Bir neçə gün öncə ilk maaşımızı da aldıq. "Qəbələ"dən xal aldığımıza görə mükafat olmadı. Amma "Neftçi" ilə kubok oyununda uğur qazansaq, mükafat söz veriblər.

- Qapıda gah sizin, gah da Tərlan Qasımzadənin durması nə ilə bağlıdır?
- Bu, baş məşqçinin qərarıdır. Biz isə öz növbəmizdə səhvsiz oynamağa çalışırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.