Bəhmən Həsənov: Heyətdəki itkilər bizə problem yaradır
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim kubokda uğur qazanmaqdan başqa heç bir şeyimiz yoxdur. Heyətimizdə itkilər var. Bu da bizə problem yaradır. "İnter" mobil və təhlükəli komandadır. Onların qapısına yol tapmaq çox çətindir. Qol buraxmamağa və vurmağa çalışacağıq. AZAL-a qarşı keçirdiyimiz faciəvi oyundan (0:1) sonra bu dəfə baxımlı futbol sərgiləməliyik. Ola bilsin ki, uşaqlarda AZAL-la oyun üçün ciddi motivasiya yox idi. "İnter"ə qalib gəlmək, onları keçmək çətin olacaq. Çünki son illərdə bu komandalarla görüşlərimiz çox uğursuz alınır. Onlarla hətta heç-heçə də edə bilmirik".
