2 mart 2016 12:30
Zaur Svanadze: İnterə Rəvan səddini keçmək çox çətin olacaq
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ümid edirəm ki, "Rəvan"la oyunda sərfəli nəticəyə imza atacağıq. Kubok oyunları Premyer Liqa görüşlərindən çox fərqlənir. Bu rəqibi keçmək çox çətin olacaq. Bütün komandalar Azərbaycan kubokunda uğurlu çıxış etmək istəyir. Çünki bu, avrokuboklara vəsiqə qazanmaq üçün çox yaxşı şansdır. Bizim qarşımıza konkret hədəf qoyulmayıb. İndi isə bircə hədəfimiz var - yarımfinala vəsiqə qazanmaq. Sonra isə yeni hədəflər üçün mübarizə aparmaq barədə düşünərik. Uzağa getməyə ehtiyac yoxdur".
