2 mart 2016 11:15

Qəbələnin legionerləri üçün yubiley matçı

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 1/8 finalda “Mil-Muğan”ı 7:0 hesabı ilə məğlub edən “Qəbələ” ardıcıl 6-cı, tarixində 8-ci dəfə ən yaxşı səkkiz komanda arasında mübarizə aparacaq.

Yalnız 3 dəfə yarışı daha tez başa vuran “qırmızı-qaralar” 4-cü dəfə yarımfinala adlamağa cəhd edəcək. Roman Qriqorçukun yetirmələri bunun üçün “Zirə” səddini keçməlidir. İlk matça səfərdə çıxacaq komandamız tarixində 3-cü dəfə bu rəqiblə qarşılaşacaq. Topaz Premyer Liqasının cari mövsümünə təsadüf edən ilk 2 oyunda cəmi 1 qol vurulub. Qəbələdə qolsuz heç-heçə qeydə alınıbsa, Zirədə meydan sahibləri yeganə qolla qalib gəlib.

Komandalar arasında ölkə kubokunda ilk matç “Qəbələ” üçün bir neçə yubileylə əlamətdar olacaq. Turnirdə 44-cü görüşünə çıxacaq “qırmızı-qaralar” 20-ci səfər oyununda qüvvəsini sınayacaq. İndiyədək ölkə kubokunda rəqib meydanlarında 19 matç keçirən bu komanda 7 qələbə qazanıb, 6 heç-heçə edib və 6 dəfə uduzub. 22 qol vuran “Qəbələ” 21 top buraxıb. "Qəbələ"nin futbolçuları son 6 səfərdən məğlubiyyətsiz qayıdıb. Ümumilikdə isə 43 kubok qarşılaşmasında 20 qələbə, 14 heç-heçə və 9 məğlubiyyət qeydə alınan “qırmızı-qaralar” 65 qol vurub, 35-ni buraxıb.

Zirədəki görüş klub tarixinin 190-cı səfər matçıdır ki, bu qarşılaşmada 70-ci qələbə əldə oluna bilər. Kubok matçı bəzi oyunçular üçün yubiley xarakteri daşıyır ki, onlar bunun üçün meydana çıxmalıdır. Zirədəki qarşılaşmada iştirak etsə, Rafael Santos “Qəbələ”də 75-ci, Dodo kubokda 15-ci matçını keçirəcək.

Xatırladaq ki, martın 2-də, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş saat 18:00-da başlayacaq.

Azərbaycan kuboku
1/4 final, ilk oyun
2 mart

18:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.