1 mart 2016 18:40
Samir Abasov: Qarabağla səfər matçından ən azı qollu heç-heçə ilə qayıtmaq istəyirik
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətimizdə itki yoxdur. Amma bizə kubokun iştirakçıları arasından ən çətini qismət olub. Baxmayaraq ki, bizim də uğur qazanmaq şansımız var. Bundan yararlanmağa çalışacağıq. Bakıdan yaxşı nəticə ilə qayıtmaq istəyirik. Bu da ən azı qollu heç-heçədir".
