1 mart 2016 17:20
İnterdə Rəvanla matç öncəsi 2 ikti
"İnter" Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Rəvan"a qarşı keçirəcəyi ilk oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, "bankirlər"in heyətində paytaxt derbisi öncəsi itkilər var.
Belə ki, baş məşqçi Zaur Svanadze zədə səbəbindən Fuad Bayramovun xidmətindən yararlana bilməyəcək. O, "Qarabağ"la son qarşılaşmada sıradan çıxıb.
Digər müdafiəçi Laşa Kasradze də zədəli olduğuna görə komandasına kömək edə bilməyəcək. Əvəzində onun həmyerlisi Zurab Xizanişvili sıraya dönüb.
