1 mart 2016 15:40

Fariz Nəcəfov: Qəbələ baş məşqçini yalnız o halda istefaya göndərər ki...

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun azerisport.az saytına müsahibəsi

- Bu gün AFFA Klublar Komitəsinin iclasında çıxarılan qərarlardan razısınız?
- Bəli. Bütün klublar məlum qərarlardan razı qaldılar.

- Son turda "Xəzər Lənkəran"a doğma meydanda qalib gələ bilməyən "Qəbələ"nin Premyer Liqadakı çıxışından razısınız?
- İlin ilk oyununda "Kəpəz"ə 3 cavabsız qolla uduzduq. Komandada psixoloji gərginlik var idi. Amma bunu vaxtında aradan qaldıra bildik. Ardıcıl üç qələbə qazandıq. Bizim hücum xəttimizdə problemlər var. Əvvəllər hücum potensialımız güclü idisə, indi bu barədə danışa bilmirik. Bu da böyük ehtimalla Aleksey Antonov və Dodonun yoxluğundan irəli gəlir.

- "Xəzər Lənkəran"a da buna görə qalib gələ bilmədiniz?
- Bu problemin sözünü deyir. İnanıram ki, Dodo ilə Antonovun sıraya dönməsi sayəsində vəziyyət müsbətə doğru dəyişəcək.

- Düzəlməsə, Roman Qriqorçukun istefaya göndərilməsi mümkündür?
- Bu sualı mənə tez-tez verirlər. Qriqorçuk qısa vaxt ərzində böyük uğura imza atdı. Bizim onun işinə, çalışqanlığına heç bir iradımız yoxdur. Onu başa düşə bilmirəm ki, niyə hər məğlubiyyətdən sonra onun istefası barədə danışmağa başlayırlar. Mən bir daha qeyd etmək istəyirəm ki, istefa məsələsinə baxmırıq. Bu məsələ yalnız o halda gündəmə gələ bilər ki, onun komanda ilə bağlı problemi olsun, işinə məsuliyyətsiz yanaşsın. Və ya nəticələr həddən artıq pis ola. Belə olan halda baş məşqçinin istefasına baxmağımız mümkündür. Amma biz son dörd turda 10 xal toplamışıq.

- Qarşınıza çempionluq hədəfini qoyduğunuzu nəzərə alsaq, çətin ki, bu vəziyyət sizi qane etsin...
- Bəli, biz indi turnir cədvəlinə başçılıq etməyimizi istəyirdik. Amma hələ həyatın sonu deyil.

- Birinci yerə yüksələcəyinizi real hesab edirsiniz?
- Niyə də yox? "Xəzər Lənkəran"a qalib gəlsəydik, indi "Qarabağ"la xal fərqimiz səkkiz olacaqdı. İnanmaq lazımdır. Onda hər şey mümkün olur.

- Azərbaycan kubokunda hədəfiniz nədir?
- Bu turnir Premyer Liqadan fərqlənir. Bizim hədəfimiz maksimumdur. Bu turnirdə də baş mükafata sahib çıxmaq istəyirik. Buna görə də sabahkı oyuna yaxşı başlamalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.