1 mart 2016 15:20
Millimiz mayda AÇ-2016-nın iştirakçıları ilə qarşılaşa bilər
Futbol üzrə Azərbaycan yığması may ayının sonunda təlim-məşq toplanışına yığışacaq. Azerisport.az xəbər verir ki, Robert Prosineçkinin çalışdırdığı komandamız iyunun əvvəlinə qədər hazırlıq keçəcək.
Bu toplanışın Avropa ölkələrindən birində təşkil olunması nəzərdə tutulub. Hazırlıq prosesi təxminən 10 gün davam edəcək. Bu müddət ərzində millimiz üç yoxlama matçı da keçirəcək. Amma hazırda rəqiblərin kimliyi bilinmir. Sadəcə o məlumdur ki, rəqiblər arasında Fransada keçiriləcək AÇ-2016-nın final mərhələsinin iştirakçıları da ola bilər.
