1 mart 2016 15:00
Elbrus Məmmədov: Neftçini niyə də keçməyək?
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətimizdə itki yoxdur. Düzdür, kiçik zədəsi olanlar var. Amma bu, meydana optimal heyətlə çıxmağımıza mane olmayacaq. Qarşıdakı görüşün vacibliyini başa düşürük. Bizi avrokuboklara nə qısa yol hesab olunan kubok görüşü gözləyir. Niyə də "Neftçi"ni keçməyək? Mən bunu Bakı klubunun indiki vəziyyətini nəzərə alaraq deyirəm. Amma hətta "Qarabağ"la da qarşılaşsaydıq, yarımfinala keçmək şansımızın olduğunu deyərdim. Sabah yaxşı oyunla müsbət nəticə qazanmaq istəyirik ki, Bakıdakı cavab matçında işimiz asan olsun".
