1 mart 2016 14:00

Fikrət Hüseynov: Ümid edək ki, hər şey klublarımız üçün yaxşı qurtaracaq

AZAL-ın vitse-prezidenti, AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bu gün baş tutan iclasdan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Klublar Komitəsinin bu ilki ikinci toplantısında hansı qərarlar qəbul olundu?
- Üç məsələni müzakirə etdik. Birincisi, Gəncə şəhər stadionunun durumu idi. Bu arenanın vəziyyətini yaxşılaşdırmaqla bağlı İcraiyyə Komitəsinə müraciət qəbul olundu. Həmçinin bu mövsüm Azərbaycan kubokunun final matçının da orada keçirilməsini təklif etdik. Bu arenada qazonu yaxşılaşdırmaq lazımdır. Çünki klublarda Azərbaycan yığmasının üzvləri, legionerlər çıxış edirlər. Belə bərbad qazonda onların tez zədə alması istisna deyil. İkinci məsələ legionerlərə görə üzvlük haqqının azaldılması oldu. Bu məsələni 2015-ci ildə də müzakirə etmişdik. Bu dəfə PFL prezidenti Ramin Musayevin özü ilə də söhbətləşdik və məsələ həllini tapdı. Belə qərara alındı ki, növbəti mövsümdən bir legionerə görə 20 000 yox, 5000 manat ödənilsin. Üçüncü məsələ isə gənc oyunçulara görə kompensasiya ilə bağlı idi.

- Sizcə, üç aya Gəncə şəhər stadionunu hazır vəziyyətə gətirmək olar?
- Biz bu işi tezləşdirməyi məsləhət gördük. Qısa müddət ərzində arenanı arzuolunan vəziyyətə gətirmək olar. Oturacaqların quraşdırılması elə də çox vaxt alan proses deyil.

Klublardan futbolçularına olan borclarla bağlı vəziyyətin nə yerdə olduğunu da maraqlandım. Məsələn, ötən gün Ukraynanın "Dnepr" klubuna sanksiya tətbiq olundu, amma Bakı "İnter"inə toxunmadılar. Halbuki, bu iki klubun məsələsinə baxmağa eyni vaxtda başlamışdılar. Ümid edirik ki, hər şey yaxşı qurtaracaq. "Neftçi" rəsmiləri qeyd etdilər ki, Emil Mpenzaya olan borc tədricən ödəniləcək. Həmçinin "Xəzər Lənkəran" da öz borcunu ödəyəcəyini deyir.

- Deməli, "İnter"lə "Xəzər Lənkəran"ın sanksiyadan qurtulması mümkündür?
- 100 faiz belə olacağını deyə bilmərəm. Amma bu yöndə iş aparılır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.