1 mart 2016 13:45

Ramin Musayev: Buna görə Xaqani Məmmədovu həbs etmək lazımdır?

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün baş tutan AFFA Klublar Komitəsinin növbəti iclasından sonra azerisport.az saytının suallarını cavablandırıb.

- İclasda hansı məsələlər müzakirə olundu, hansı qərarlar qəbul edildi?
- Əsas məsələ odur ki, legionerlərə görə üzvlük haqqını azaltmaqla bağlı razılığa gəldik. Bundan sonra klublar 20 000 yox, 5000 manat ödəyəcəklər. Klubların problemi həm də bizim problemimizdir. Bu qayda növbəti mövsümdən qüvvəyə minəcək. Rövnəq Abdullayev bu barədə qərar qəbul edəndə məqsəd klublardan pul yığmaq yox, onları daha keyfiyyətli legionerlər gətirməyə məcbur etmək idi. İndi legionerlərin sayı azalıb, klubların da böyük maliyyə imkanları yoxdur.

- Legionerlərə qoyulan limit də müzakirə olundu?
- Bu barədə heç bir müzakirə aparılmadı.

- "Şərurspor" - "Göyəzən" matçının danışılmış olduğu iddia edilir. Bu barədə hansısa cəza tədbiri olacaq?
- PFL-in bu barədə hansısa qərarlar qəbul etmək hüququ yoxdur. Bununla AFFA-nın yaratdığı xüsusi komissiya məşğul olacaq.

- Deyəsən, Azərbaycan yeganə ölkədir ki, günahkarlar cəzalandırılmır...
- Tutulmamısansa, oğru deyilsən.

- Axı başqa ölkələrdə belə günahkarları cəzasız qoymurlar...
- İtaliyada "Yuventus" birinci diviziona göndərilmişdi. Ondan başqa harada belə oxşar hal qeydə alınıb? Türkiyədə "Fənərbaxça" niyə birinci diviziona göndərilmədi? Bizim əlimizdə belə qərarlar qəbul etmək üçün yetərli dəlil-sübut yoxdur. Əgər mənim əlimdə elə bir dəlil-sübut olsa, heç sizin sualları, AFFA-nın qərarını gözləmərəm, özüm cəzalandıraram.

- Məgər 2001-ci ildə Xaqani Məmmədovun etdiyi barədə görüntülər dəlil-sübut deyil?
- O nə edib ki? Mən onun vəkili deyiləm. Tutaq ki, o, 15 il öncə kimisə vurub. Buna görə onu türməyə salmaq lazımdır? Yaxşı edib. Mən də 1986-cı ildə hərbidə olarkən latviyalı birini döymüşdüm. Buna görə məni türməyə salmalıdılar? Məmmədov xalq düşməni deyil. Onun gəlişindən sonra hakimliyin səviyyəsi qalxıb. Düzünü demək lazımdır, kiməsə xoş gələni yox. O, mənim dostum və ya qohumum deyil. Sadəcə, olanı deyirəm.

- "Neftçi" Premyer Liqanın son turunda "Zirə" ilə oyunun hakimliyindən narazı qalıb...
- Mən bu gün "Neftçi" rəsmisi ilə üz-üzə oturmuşdum. O, mənə heç nə demədi. Ola bilər ki, səhvlər olub, amma nəticəyə təsir edən olmayıb. Hakimə görə 0:1 hesabıyla uduzmaq olar, daha 0:3 yox.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.