1 mart 2016 13:30
Azərbaycan kubokunun finalı Gəncədə keçirilə bilər
Xəbər verdiyimiz kimi, bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda müzakirə olunan məsələlərdən biri də ölkə kubokunun final matçının harada keçirilməsi olub.
Klublar Komitəsi AFFA İcraiyyə Komitəsinə kubokun finalının Gəncə şəhər stadionunda keçirilməsi ilə bağlı müraciət hazırlayıb.
Qeyd edək ki, "Kəpəz" kubokda mübarizəni dayandırdığına görə, həlledici görüşün Gənəcədə keçirilməsi üçün bu baxımdan problem yoxdur. Yeganə sual doğuran məsələ bu arenanın qazonunun ideal vəziyyətdə olmamasıdır.
