Şəmkirin baş məşqçisinə 5 oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Şəmkir” - “Şahdağ” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Şahdağ”ın futbolçusu Vüsal Səfərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klubu 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Şəmkir”in baş məşqçisi Kamran Əlibabayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klubu 500 manat cərimə olunub.
MOİK - “Bakı” matçının 18-ci dəqiqəsində “Bakı”nın futbolçusu Elxan Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
"Şərurspor” - “Göyəzən” matçının 75-ci dəqiqəsində “Göyəzən”in futbolçusu Cəlal Cəlalzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
