1 mart 2016 13:00
Kəpəzin futbolçusu 1 oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Kəpəz” – “Sumqayıt” matçının 71-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Fərid Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
